Kitabxana resursları

:: http://azeribooks.aznet.org 
Latın qrafikası ilə yazılmış ən yaxşı Azərbaycan ədəbiyyatlarının elektron kitabxanası. Xalq folkloru və Azərbaycanın 19 klassiki daxil olmaqla XIX əsrə qədər Azərbaycan ədəbiyyatının qızıl fondundan 100 cildə yaxın kitab.
:: www.irtcl.aznet.org
Kitabxanaçılar üçün informasiya və resurs mərkəzinin saytı. Bundan əlavə burada kitabxanaçılar və bu sahə üzrə fəaliyyət göstərən təşkilatların işini asanlaşdırmaq üçün zəruri olan informasiyalar cəmlənmişdir.
:: www.anl.aznet.org
Axundov adına Azərbaycan Milli Kitabxanasının saytı.
:: www.bsulib.aznet.org
Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının saytı.
:: http://www.kitabxana.org 
Azərbaycanın və demokratik dünya ölkələrinin ictimai və siyasi həyatı, elmi, tarixi, ədəbiyyatına aid materiallar toplusu.
:: http://literature.aznet.org/literature/ 
İngilis dilində Azərbaycan ədəbiyyatı kitabxanası. 
:: http://islamelib.com
Kitabxana İslam dininə aid məlumatlardan ibarətdir
:: http://musigi-dunya.aznet.org
İnternetdə ilk elektron Azərbaycan jurnalı – “Musiqi dünyası” jurnalının multimediyalı saytı.
:: http://vagif.in-baku.com
Vaqif Mustafazadənin memorial saytı – Azərbaycanın 100 bəstəkar və 55 musiqiçişi haqqında informasiyanı özündə cəmləşdirən ilk onlayn kataloq.
:: http://qara-qarayev.in-baku.com
Görkəmli bəstəkar Qara Qarayevin veb-səhifəsi – Azərbaycanın mayestrosunun həyat və yaradıcılığı haqqında 3 dildə, azərbaycan, rus və ingilis dillərində elektron monoqrafik tədqiqat.
:: http://transparency-az.org
Şəffaflıq Azərbaycan ictimai birliyinin rəsmi WEB səhifəsi. Veb saytda bildirilən fikirlər Şəffaflıq Azərbaycan ictimai birliyinin nöqteyi-nəzərini ifadə edir.
:: http://www.turkoglu17.tk
Kitab son 110 ildə əvvəlcə erməni-türk, sonra isə erməni-azərbaycanlı münasibətlərindən bəhs edir. Ermənilərin türklərə, o cümlədən azərbaycanlılara qarşı təcavüzkarlıq və soyqrımı siyasəti konkret faktlarla göstərilir.
:: http://gutenberg.aznet.org
Əsası hələ 1970-ci ildə İllinoys Universitetinin professoru Maykl Hart tərəfindən qoyulmuş bu beynəlxalq layihə İnternet könüllüləri tərəfindən daha da zənginləşdirilir. Sevindirici haldır ki, öz doğma dilində ədəbi irsi “Quttenberq” layihəsi üzrə İnternetə çıxarılan xalqların sırasına Azərbaycanın da adı əlavə olunmuşdur.
Advertisements

Elmi fəaliyyət

 ADNA, təkcə respublikada deyil, həm də dünya miqya-sında yanacaq-energetika və kimya-texnologiya sahələrində böyük əhəmiyyətə malik iri elmi tədqiqat mərkəzidir.
    Aparılan elmi tədqiqatların həyata keçirilməsində 56 kafedra, 18 problem laboratoriyası və iki elmi-tədqiqat institutu, 1109 elmi və elmi-pedaqoji əməkdaşlar iştirak edir. Onların arasında 91 professor və elmlər doktoru, 651 dosent və elmlər namizədləri vardır. Oxumağa davam et

Azərbaycan Dövlət Neft Akademiyasının Kitabxanası

YARANMA TARİXİ

AzDNA-nın kitabxanası hələ 1920-cu ildə ali məktəbin əsası qoyularkən yaradılıb. Kitabxana fondunun əsas hissəsini elmi, texniki, yer haqqında elmlər, sosial siyasi və s. ədəbiyyatlar təşkil edir. Kitabxananın fondunda olan ümumi çap məhsullarının sayı 857827 nüsxə, o cümlədən kitablar 581458 nüsxə təşkil edir. Bunlardan: 

Elmi və texniki ədəbiyyat – 499563 nüsxə
İctimai-siyasi ədəbiyyat – 19553 nüsxə
Bədii ədəbiyyat – 52746 nüsxə
Xarici ədəbiyyat – 9590 nüsxə  təşkil edir Oxumağa davam et

Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq əlaqələri

ADNA-nın beynəlxalq əlaqələri aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilir:
  • Xarici ölkələr üçün mütəxəssis və elmi kadrların hazırlanması ;
  • Professor-müəllim hey”ətinin xarici elm və tədris ocaqlarında fəaliyyəti, tələbə, magistrant və aspirantların təhsil alması;
  • Beynəlxalq təhsil proqramlarında iştirak;
  • Xarici ölkələrin ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıq;
  • Xarici ölkələrin Bakıdakı nümayəndəlikləri ilə əməkdaşlıq;
  • Beynəlxalq şirkətlərlə əməkdaşlıq;
  • Universitetlərin Beynəlxalq Assosiasiyaları ilə əməkdaşlıq.
    Xarici ölkələr üçün mütəxəssis hazırlığında 1961-ci ildə yaradılan xarici vətəndaşlar üçün hazırlıq fakültəsi xüsusi rol oynayır.
    Bu fakultədə “Dillər”, “Ümumtəhsil fənnlər”, “Hümanitar fənnlər” kafedraları fəaliyyət göstərir və “mühəndis-texniki və mühəndis-iqtisad”, “Tibb, bə”dən tərbiyəsi, biologiya və kənd təsərüfatı”, “Ümumi iqtisad və coğrafiya”, “Hümanitar”, “İdarəetmə, sosiologiya, politologiya və pedaqoji” ixtisasları üzrə Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında ali təhsil almaq üçün hazırlıq işləri aparılır. İndiyədək fakultəni 11000-ə yaxın xarici ölkə vətəndaşları bitirmişdir. Oxumağa davam et

2007-cü ilin hadisələri və xəbərləri

  2007-ci ilin noyabr ayının 13 – 29 arasında Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinin “Konstitusiya günü”nə həsr olunmuş 56-cı elmi-texniki konfransı keçirilmişdir. Konfransın proqramına 9 bölmə üzrə 286 bakalavriat, 56 magistratura pilləsinin tələbələrinin elmi işlərinin nəticələri haqqında məruzələri daxil edilmişdir.
      Konfransın açılış mərasimində rektor, akademik Siyavuş Qarayev, Təhsil Naziri, professor Misir Mərdanov və ADNA-nın 2000-ci il məzunu, Gənclər Təşkilatları Milli Şurasının sədri, Millət vəkili Fuad Muradov çıxış etmişlər.
      Noyabr ayı ərzində bölmələrdə 20 iclas keçirilmiş və orada 231 məruzə dinlənilmişdir. Hər bir məruzəçinin təqdimatı müstəqil münsiflər qrupu vasitəsilə qiymətləndirilmişdir. Oxumağa davam et

2006-cü ilin hadisələri və xəbərləri

       2005-ci ilin oktyabrında В«HalliburtonВ» şirkətinin köməyi ilə В«Neft və qaz quyularının qazılmasıВ» kafedrasında yaradılan 20 kompüterlə və digər aksessuarlarla təchiz edilmiş, lokal şəbəkəli mərkəz və ixtisaslaşdırılımış auditoriya istismara verilmişdir.
***
       2005-ci ilin noyabr ayının 8-29 arasında Azərbaycan Dövlət Neft Akademiyasının Tələbələrinin В«Konstitusiya günüВ»nə həsr olunmuş 54-cü elmi-texniki konfransı keçirilmişdir.
       Konfransın proqramına 9 bölmə üzrə 245 bakalavriat, 58 magistratura pilləsinin tələbələrinin elmi işlərinin nəticələri haqqında məruzələri daxil edilmişdir.
       Konfransın açılış mərasimində rektor, professor Siyavuş Qarayev, Təhsil Naziri, professor Misir Mərdanov və ADNA-nın 1956-cı ildəki məzunu, MEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış etmişlər. Oxumağa davam et

2005-cü ilin hadisələri və xəbərləri

 İnstitutunun direktoru, akademik Musa Rüstəmov konfrans iştirakçılarını təbrik etmişlər. Sonra 2 gün ərzində 7 bölmənin iclaslarında 62 gənc tədqiqatçının məruzəsi dinlənilmişdir Məruzələr hər bölmədə 5 müstəqil münsif tərəfindən qiymətləndirilmişdir. 7 nəfər məruzəçi I dərəcəli diplomla və baş sponsor «Azərsell Teleçom» birgə müəssisəsi tərəfindən mobil telefonlarla, 2 nəfər I dərəcəli diplom və «Siemens»in hədiyyələri ilə mükafatlandırılmışdır. «Emerson Process Management» və «Halliburton» şirkətlərinin köməyilə 62 məruzənin mətni 312 səhifəlik toplu şəklində çap olunmuşdur. Oxumağa davam et