2003-cü ilin hadisələri və xəbərləri

   2003-cü ildə ADNA ilə Çin Neft Universiteti (ÇNU) arasında birgə kadr hazırlığı üzrə təhsil sahəsində əməkdaşlıq müqaviləsinin proqramının çərçivəsində 18 kompüterdən ibarət lokal şəbəkəli tədris mərkəzi yaradılmışdır.

***
     2003-cü ilin aprel ayının 22-də ADNA-da Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanda yanacaq-ererji və kimya kompleksinin inkişafı: 1969-2003-cü illər» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
     ADNA-nın rektoru, AMEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev «Azərbaycanda elmin, təhsilin, mədəniyyətin və iqtisadiyyatın inkişafında Heydər Əliyev fenomeni» mövzusunda giriş sözü ilə çıxış etmişdir.
     Konfransda Neft Akademiyasının alimləri «Azərbaycanın neft və qaz yataqlarının işlənməsinin müasir vəziyyəti və perspektivləri», «Heydər Əliyev şəxsiyyəti və Azərbaycanın neft və qaz sənayesinin inkişafı», «Azərbaycanın neft emalu, neft-kimya və kimya sənayesinin nailiyyətləri və perspektivləri», «Azərbaycanın neft-qaz sənayesinin yüksək keyfiyyətli və etibarlı avadanlıqlarla təmin edilməsi problemləri», «Dənizkənarı istilik stansiyalarının çoxməqsədli müəssisəyə çevrilməsi», «Azərbaycanın iqtisadiyyatında avtomatlaşdırma və informasiya texnologiyalarının inkişaf mərhələləri və perspektivləri», «Heydər Əliyev və yanacaq-enerji-kimya kompleksi sahələrində istehsal sahibkarlığının inkişafı», «Azərbaycan ixrac boru kəmərləri böyük neft strategiyasının qələbəsidir» mövzularında məruzələrlə çıxış etmişlər.
***
     2003-cü ilin sentyabr ayının 5-də ADNA-da «Lukoyl günü» keçirilmişdir. «Lukoyl»un prezidenti, cənab Vahid Ələkbərovun professor-müəllim heyəti və tələbələrlə görüşü təşkil olunmuş, «Lukoyl» ilə ADNA arasında «Əməkdaşlıq haqqında razılaşma» imzalanmış, Vahid Ələkbərova «ADNA-nın fəxri doktoru» diplomu təqdim edilmiş və «Lukoyl»un köməyi ilə yaradılmış 280 m2 sahəni əhatə edən 37 kompüterdən və digər aksessuarlardan ibarət olan lokal şəbəkəli tədris-metodik mərkəzin və 80 m2 sahəli ixtisaslaşdırılmış mühazirə zalının açılışı olmuşdur.
***
     2003-cü ilin noyabr ayının 21-dən dekabr ayının 12-dək tələbələrin «Milli Dirçəliş günü»nə həsr olunmuş 52-ci elmi-texniki konfransı keçirilmişdir.
     Plenar iclası təşkilat Komitəsinin sədri, professor Siyavuş Qarayev açmışdır. Təhsil Naziri, professor Misir Mərdanov, ADNA-nın 1959-cu ildəki məzunu, AMEA-nın müxbir üzvü, professor Ayaz Əfəndiyev tələbələri iəbrik etmişlər.
     9 bölmədə 16 iclas keçirilmiş, 251 məruzə dinlənilmiş, onlardan 201-nin tezisləri nəşrə edilmişdir. Maraqlı məruzələrlə çıxış etmiş 56 tələbə təşkilat Komitəsininin diplomaları, baş sponsor «Azersell» Birgə Müəssisəsinin, sponsorlar: «Lukoyl», «Emerson Process Management», «Total», «Siemens» və «Unocal» şirkətlərinin hədiyyələrinə və Tələbələrin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatlarına layiq görülmüşlər.
2004-cü ilin oktyabrında ADNA-da «AMEC» şirkətinin yardımı ilə «Avtomatika, telemexanika və elektronika» kafedrasında 20 kompüterlə, digər aksessuarlarla təchiz olunmuş və İnternetə qoşulmuş «İnformasiya Texnologiyaları» tədris laboratoriyasının açılış mərasimi keçirilmişdir.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: