2006-cü ilin hadisələri və xəbərləri

       2005-ci ilin oktyabrında В«HalliburtonВ» şirkətinin köməyi ilə В«Neft və qaz quyularının qazılmasıВ» kafedrasında yaradılan 20 kompüterlə və digər aksessuarlarla təchiz edilmiş, lokal şəbəkəli mərkəz və ixtisaslaşdırılımış auditoriya istismara verilmişdir.
***
       2005-ci ilin noyabr ayının 8-29 arasında Azərbaycan Dövlət Neft Akademiyasının Tələbələrinin В«Konstitusiya günüВ»nə həsr olunmuş 54-cü elmi-texniki konfransı keçirilmişdir.
       Konfransın proqramına 9 bölmə üzrə 245 bakalavriat, 58 magistratura pilləsinin tələbələrinin elmi işlərinin nəticələri haqqında məruzələri daxil edilmişdir.
       Konfransın açılış mərasimində rektor, professor Siyavuş Qarayev, Təhsil Naziri, professor Misir Mərdanov və ADNA-nın 1956-cı ildəki məzunu, MEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış etmişlər.
       Noyabr ayı ərzində bölmələrdə 17 iclas keçirilmiş və orada 247 məruzə dinlənilmişdir. Tələbələrdən 21-i Təşkilat Komitəsinin I dərəcəli, 22-i II dərəcəli diplomlarla, 1-i həvəsləndirici mükafata və 15 nəfəri Tələbələrin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatlarına layiq görülmüşlər. Bu tələbələrin hamısına (59 nəfər) konfransın baş sponsoru В«Azercell TelecomВ» Birgə Müəssisəsinin, 11-nə В«SiemensВ», 10-na В«Emerson Process ManagementВ» və 38-nə В«Halliburton digital and consulting solutionsВ» şirkətlərinin hədiyyələri verilmişdir.        Diplomlara və hədiyyələrə layiq olanlar da daxil olmaqla 185 tələbənin məruzələrinin tezisləri nəşr olunmuşdur.

***
       2005-ci ilin dekabr ayının 13-dən 16-dək ADNA-da artıq ənənəvi olaraq В«Zərif üzvi sintez və katalizВ» üzər III Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan ADNA-nın rektoru, AMEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev qeyd etmişdir ki, Avropada, Asiyada və Şərqdə ilk neft-qaz profilli texniki ali məktəb olan Azərbaycan Dövlət Neft Akademiyasın özünün 85 illik yubileyinə həsr olunmuş tədbirləri III Beynəlxalq В«Zərif üzvi sintez və katalizВ» konfransı ilə bitirir.
       Azərbaycan Respublikasının Təhsil Naziri, professor M.Mərdanovun В«Elm və təhsilin vəhdəti-keyfiyyətli mütəxəssis hazırlanmasının mühüm amilidirВ», AMEA-nın Polimer Materiallar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü A.Əfəndiyevin В«Azərbaycanda üzvi sintez və katalizin vəziyyəti və inkişaf perspektivləriВ», Milli Məclisin sədrinin müavini Z.Əsgərovun В«Zərif üzvi sintez və kataliz respublikanın kimya elminin önəmli istiqamətləridirВ» mövzusunda etdikləri məruzələr maraqla qarşılanmışdır.
       Konfransın plenar iclaslarında ADNA-nın rektoru, professor S.Qarayev В«Propargilli пЃў-qalogenefirlər: sintezi və xüsusiyyətləriВ», Rusiyanın Xalqlar Dostluğu Universitetinin professoru V.Yaqodovskiy В«Polifunksional katalitik sistemlərin seolitlər əsasında alifatik spirtlərin oksidləşmə çevrilməsi üçün konstruksiyalaşdırma prinsipləriВ», Berlin Texniki Universitetinin Kimya İnstitutunun professoru H.Schumann В«Lantanidlərin metallogen kompleksləri və onların katalizatorların polimerləşdirilməsində istifadəsiВ», Moskva Kimya Texnologiyası Universitetinin professoru V.Traven В«Kumarinlərin törəmələrinin sintezində asil (hidroksi) kumarinlərin пЃў-kompleksinin tətbiqiВ», Ufa Dövlət Neft Texniki Universitetinin professoru U.İmaşev В«Başqırdıstanın neft emalı və neft-kimya sənayesi müəssisələrində sənaye üzvü kimyasıВ» kimi mövzularda çıxış etmişlər.
       Konfransın В«Zərif üzvi sintezВ» və В«KatalizВ» böləmlərində respublikamızın görkəmli elm adamları ilə yanaşı MDB və digər xarici ölkələrin elm və təhsil mərkəzlərindən gəlmiş alimlər də iştirak etmişdir.
       Konfransa 190-dan çox məruzə təqdim edilmiş və bunlardan 148-i təşkilat komitəsi tərəfindən seçilib proqrama daxil edilmişdir.
       Konfransın materialları 324 səhifəlik bir kitab halında toplanıb 200 nüsxədə çap edilmişdir.
       Konfransda məzmunlu məruzələri ilə fərqlənmiş 6 gənc tədqiqatçılar mükafatlandırılmışdır.
       Dekabr ayının 16-da konfransın yekun iclasında Qətnamə və növbəti В«Zərif üzvi sintez və katalizВ» beynəlxalq konfransının 2009-cu ildə Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilmişdir.
       2006-cü ildə ADNA-nın kimya-texnologiya fakültəsinin nəzdində tədris və elmi bölmələrinin fəaliyyətinə kömək göstərmək məqsədilə В«LukoylВ» şirkətinin köməyi ilə В«Fiziki-kimyəvi analiz metodlarıВ» mərkəzləşdirilmiş laboratoriya yaradılmışdır.
       2006-cı ilin may ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Türkiyənin В«KARELВ» şirkətinin yardımı ilə В«Komputer texnologiyaları və proqramlaşdırmaВ» kafedrasında 20 kompüterli, lokal şəbəkəli, İnternetə qoşulmuş tədris mərkəzinin açılışı olmuşdur.

***
       2006-cı ilin noyabr ayının 16-dan dekabr ayının 8-nə kimi Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələrinin В«Milli Dirçəliş günüВ»nə həsr olunmuş 55-ci elmi-texniki konfransı keçirilmişdir. 9 bölmədə 19 iclas keçirilmiş və tələbələrin 272 məruzəsi dinlənilmişdir.
       Konfransın işində Təhsil Nazitrinin müavini, professor İradə Hüseynova və ADNA-nın 1956-cı ildəki məzunu, AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə iştirak etmişlər.
       18 tələbəyəTəşkilat Komitəsinin 1-ci, 21 nəfərə isə 2-ci dərəcəli diplomalrı və В«HalliburtonВ» şirkətinin hədiyyələri təqdim edilmişdir. 8 əcnəbi tələbə Təşkilat Komitəsinin həvəsləndirici mükafatlarına və В«SiemensВ» və В«Emerson process managementВ» şirkətlərinin hədiyyələrinə layiq görülmüşlər. 15 iştirakçı Tələbələrin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatlarını almışlar.
Dekabrın 8-də 400-ə qədər tələbə və müəllimin iştirak etdiyi yekun iclasda Təşkilat Komitəsinin sədri, professor Siyavuş Qarayev fərqlənmiş tələbələrə diplomları, Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri, professor Yaşar Bilalov hədiyyələri, Tələbələrin Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov pul mükafatlarını təqdim etmişdir.   Mükafatlandırılmış tələbələr konfransın yüksək səviyyədə təşkil edildiyinə görə Təşkilat Komitəsinin sədri, professor Siyavuş Qarayevə, sponsorlar: В«Total E&P AzerbaijanВ», В«SiemensВ», В«Emerson process managementВ» və В«HalliburtonВ» şirkətlərinin rəhbərlərinə minnətdarlıqlarını bildirmişlər.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: