2007-cü ilin hadisələri və xəbərləri

  2007-ci ilin noyabr ayının 13 – 29 arasında Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinin “Konstitusiya günü”nə həsr olunmuş 56-cı elmi-texniki konfransı keçirilmişdir. Konfransın proqramına 9 bölmə üzrə 286 bakalavriat, 56 magistratura pilləsinin tələbələrinin elmi işlərinin nəticələri haqqında məruzələri daxil edilmişdir.
      Konfransın açılış mərasimində rektor, akademik Siyavuş Qarayev, Təhsil Naziri, professor Misir Mərdanov və ADNA-nın 2000-ci il məzunu, Gənclər Təşkilatları Milli Şurasının sədri, Millət vəkili Fuad Muradov çıxış etmişlər.
      Noyabr ayı ərzində bölmələrdə 20 iclas keçirilmiş və orada 231 məruzə dinlənilmişdir. Hər bir məruzəçinin təqdimatı müstəqil münsiflər qrupu vasitəsilə qiymətləndirilmişdir.
      Dekabr ayının 7-də konfransın yekun iclası keçirilmişdir. 17 tələbəyə Təşkilat Komitəsinin 1-ci, 20 nəfərə isə 2-ci dərəcəli diplomlalrı, 16 nəfərə Tələbələrin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatları, 6 əcnəbi tələbəyə isə Təşkilat Komitəsinin həvəsləndirici mükafatları təqdim olunmuşdur. Bu tələbələrin hamısına konfransın sponsorları “Siemens”, “Emerson process management”, “Halliburton digital and consulting solutions”, “KBR”, “KCA Deutag”, “Total” şirkətlərinin və “Trend” informasiya agentliyinin hədiyyələri verilmişdir.
      201 məruzənin tezisləri konfransın baş sponsoru “Azercell Telecom” Birgə Müəssisəsinin hesabına kitab şəklində nəşr olunacaqdır. 
  2007-ci ilin oktyabr ayının 9-da Köln Tətbiqi Elmlər Universitetində (Almaniya) Azərbaycanda mühəndis təhsilində islahat prosesinə həsr edilmiş Almaniya – Azərbaycan konfransı keçirilib. Ölkəmizin nüfuzlu nümayəndə heyətinə təhsil naziri professor Misir Mərdənov başçılıq edib. Rektorların adından В«Mühəndis təhsili üzrə Azərbaycan Ali məktəblərinin səyləriВ» məruzəsi ilə ADNA-nın rektoru akademik Siyavuş Qarayev çıxış edib.      2007-ci ilin noyabr ayının 26-dan 30-na dək ADNA-da В«Neft ticarəti prosesinin müdafiəsiВ» kursları keçiriləcək. Dərslərin nəticələrinə görə Britaniyanın “Confidence Energy” şirkətinin və ADNA-nın sertifikatları veriləcək.
     РџСЂРѕРіСЂР°РјРјР° повышения Квалификации
     Confidence Energy and Azerbaijan State Oil Academy.
_____________________
     2007-ci ilin oktyabr ayının 3 – 4-də Qazaxstanın Ş.Yesenov adına Aktau Dövlət Universitetinin nümayəndə heyəti ADNA-da olmuş, təhsil və elmi fəaliyyətdə əvvəllər imzalanmış В«Əməkdaşlıq haqqında razılaşmaВ» çərçivəsində konkret tədbirlər həyata keçirmək barədə ADNA-nın rektoru, akademik Siyavuş Qarayevlə razılığa gəlmişlər. Nümayəndə heyətinə Universitetin rektoru, professor Abdumutalip Abjapparov, Neft və Qaz İnstitutunun direktoru, dosent Askar Seydalıyev, kafedra müdiri, professor Alpamıs Aytqulov və Manqıstau vilayətinin Azərbaycan В«DostluqВ» milli-mədəni mərkəzinin sədri, Universitetin əməkdaşı, professor Yusif Quliyev daxildir. 
 2007-ci ilin sentyabr ayının 27 – 29-da ADNA Bakıda, В«Qrand AvropaВ» otelində keçirilmiş 1-ci Azərbaycan beynəlxalq В«Təhsil və karyeraВ» sərgisinin iştirakçışı olmuşdur. ADNA-nın ekspozisiyası ılə Təhsil naziri Misir Mərdənov tanış olmuşdur.   2007-ci ilin sentyabr ayının 18-dən 21-nədək ADNA-nın rektoru, akademik Siyavuş Qarayev və elm və texnika işləri üzrə prorektor, professor Ramiz Hümbətov В«LukoylВ» qrupunun təşkilatlarının gənc alim və mütəxəssislərinin Bolqarıstanın Burqas şəhərində keçirilmiş VII elmi-texniki konfransının iştirakçıları olmuşlar. 
 2007-ci ilin sentyabr ayının 17-də ADNA-nın birinci kurs tələbələrinə tələbə vəsiqələrinin təntənəlı təhvil vermə mərasimi keçirilib. 

   Bakıda fəaliyat göstərən “KCA Drilling” şirkəti 2007 ilin iyun ayınin 5-də ADNA-nin 6 tələbəsinə (Qaz-neft-mədən, neft-mexanika və energetika fəkultələrin hər birindən 2 nəfər) təqaütlər verilməsi haqqında sertifikatlar və hədiyyələr təqdim edmişdir  2007-ci ilin may ayının 29-30-da, ADNA-da Norveçin Elm və Texnologiya Universitetinin Bakıya gəlmiş nümayəndələri, professorlar Con Kleppe və Maykl Qolanın rektor, akademik Siyavuş Qarayevlə iki ali məktəb arasındakı əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Müzakirədə BMT-nin Rezident-əlaqələndiricisi cənab Bruno Pueza, Norveçin Azərbaycandakı səfiri, cənab Con Ramberq, В«StatoylВ»-ın meneceri, cənab Tornbyorn Lindset və ADNA-nın prorektoru Ramiz Hümbətov iştirak etmişlər. Müzakirələr nəticəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə ADNA-nın 2007-2008-ci illər üçün irəli sürdüyü 6 təklif (2 magistrantın, 1 aspirantın Norveçə göndərilməsi, ADNA-da В«Virtual reallıqВ» tədris laboratoriyasının, daxili elektron informasiya mübadiləsi sisteminin, elektron kitabxananın, müasir mətbəənin və inteqrasiya olunmuş əməliyyat mərkəzinin yaradılması) bəyənilmişdir.

 Almaniyanın В«SiemensВ» şirkəti Azərbaycan Dövlət Neft Akademiyası ilə uğurlu əməkdaşlığın bir hissəsi kimi sənaye və energetika sahələrində Azərbaycanın iqtisadiyyatının inkişafına xidmət göstərəcək В«EnergetikaВ» və В«İstehsalat proseslərinin avtomatlaşdırılmasıВ» fakultələrinin hərəsinin 1 tələbsinə 2 illik təqaüd təsis etmişdir. Bu qərarı təsdiq edən sertifikat 2007-ci ilin may ayının 30 –da Almaniyanın Azərbaycandakı səfirinin iqamətgahında В«SiemensВ»in idarə heyətinin üzvü, cənab Rudi Lambrext tərəfindən ADNA-nın elm və texnika işləri üzrə prorektoru Ramiz Hümbətova təqdim edilmişdir.
     Təqaüdə namizədlər В«SiemensВ»-in Azərbaycandakı nümayəndəliyinin, Almaniyanın Azərbaycandakı səfirliyinin və Neft Akademiyasının səlahiyyətli nümayəndələri tərəfindən seçiləcəkdir.
_____________________
     2007-ci il may ayının 11-də, ADNA-da BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT İnkşaf Proqramının rəhbəri, cənab Bruno Pueza, Norveçin Azərbaycandakı səfiri, cənab Jon Ramberq və rektor,akademik Siyavuş Qarayev ADNA və Norveçin Elm və Texnologiya Universiteti (NETU) arasında əməkdaşlığın prespektivlərini müzakirə etmişlər. Müzakirə nəticəsində may ayının 29-da NETU-nun nümayəndələri professor Jon Kleppe, professor Maykl Qolan və Statoil-Azərbaycan Şirkətinin Prezidenti, cənab Kristian Hausken ilə birlikdə ADNA-da 5 tərəfli görüş keçirmək haqqında qərar qəbul edilmişdir.
___________________________
     2007-ci ilin may ayinin 3-də ADNA-da imummilli lider Heydər Əliyevin 84 illinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Konfransda rektor, akademik Siyavuş Qarayev, prorektor, professor İmran Cəfərzadə, prorektor, professor Ramiz Humbətov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatin sədri millət vəkili Məlahət Həsənova, Nəsimi rayon İcra Hakimiyətinin Başcisi cənab Nəsib Məhəmaliyev, Tələbələrin Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov Heydar Əliyevin həyatı və fəaliyyəti haqqında məruzələr etmişlər.
2007-ci ilin aprel ayının 26-da ADNA-nin rektoru, professor Siyavuş Qarayev Azerbaycan Milli Elmlər Akademiyasinın həqiqi üzvu (akademiki) secilmişdir. ___________________________
     2007-cı ilin aprel ayının 23-24-də Bakıda, Hyatt Regency otelində Birinci Xəzər neft ticarət- nəqliyyat beynalxalq konfransı keçirilmisdir.
     Konfransı Böyuk Britaniyanın Confidence Energy Konsaltinq şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası birqə təşkil etmişdir.
     Konfransın ışində dunyanın 20-dən çox ölkəsinin 35-ə yaxın şırkətin in 150-dən çox numayiəndəsi iştirak etmişdir. ___________________________
     2007-ci ilin aprel ayının 11-də, Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyinin I Avropa idarəsinin rəisi, cənab Vuonq Tua Fuonq ADNA-nın rektoru, professor Siyavuş Qarayevə bu ölkənin В«DostluqВ» ordenini təqdim etmişdir.
     ADNA Vyetnam üçün yüksəkixtisaslı mütəxəssislər hazırlığına dəyərli töhfələr verdiyinə görə 3-cü dəfə bu ordenə layiq görülmüşdür.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: