Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq əlaqələri

ADNA-nın beynəlxalq əlaqələri aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilir:
  • Xarici ölkələr üçün mütəxəssis və elmi kadrların hazırlanması ;
  • Professor-müəllim hey”ətinin xarici elm və tədris ocaqlarında fəaliyyəti, tələbə, magistrant və aspirantların təhsil alması;
  • Beynəlxalq təhsil proqramlarında iştirak;
  • Xarici ölkələrin ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıq;
  • Xarici ölkələrin Bakıdakı nümayəndəlikləri ilə əməkdaşlıq;
  • Beynəlxalq şirkətlərlə əməkdaşlıq;
  • Universitetlərin Beynəlxalq Assosiasiyaları ilə əməkdaşlıq.
    Xarici ölkələr üçün mütəxəssis hazırlığında 1961-ci ildə yaradılan xarici vətəndaşlar üçün hazırlıq fakültəsi xüsusi rol oynayır.
    Bu fakultədə “Dillər”, “Ümumtəhsil fənnlər”, “Hümanitar fənnlər” kafedraları fəaliyyət göstərir və “mühəndis-texniki və mühəndis-iqtisad”, “Tibb, bə”dən tərbiyəsi, biologiya və kənd təsərüfatı”, “Ümumi iqtisad və coğrafiya”, “Hümanitar”, “İdarəetmə, sosiologiya, politologiya və pedaqoji” ixtisasları üzrə Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında ali təhsil almaq üçün hazırlıq işləri aparılır. İndiyədək fakultəni 11000-ə yaxın xarici ölkə vətəndaşları bitirmişdir.
    Xarici ölkələr üçün ali təhsilli mütəxəssis hazırlığına isə ADNA-da 1964-cü ildən başlanmışdır. Bununla əlaqədar olaraq Əcnəbi Tələbələrlə İş üzrə (ƏTİ) dekanlıq yaradılmışdır. Əti dekanlığı tərəfindən bütün ixtisas fakultələrində müxtəlif pillələr üzrə təhsil alan əcnəbi vətəndaşların tədris prosesinə nəzarət həyata keçirilir. Qısa müddət ərzində ADNA keçmiş İttifaqda xarici ölkələr üçün yüksək ixtisaslı mütəxəssis kadrları hazırlayan əsas mərkəzlərdən birinə çevrilmişdir. ADNA-da dünyanın 70-ə yaxın ölkəsi üçün 3000-dən çox bakalavr, mühəndis, magistr dərəcəli texniki kadrlar, 300-ə qədər elmlər namizədi və elmlər doktoru hazırlanmışdır.
    ADNA-da təhsil alan əcnəbi vətəndaşlar elmi konfrans, sağlamlıq, idman yarışları, səhiyyə, bədii və s. tədbirlərdə yerli tələbələr bərabər hüquqlu vətəndaş kimi iştirak edirlər.
    70-ci illərdən başlayaraq ADNA-nın professor müəllim hey”əti Əlcəzair, Əfqanistan, Liviya, Qvineya-Bisau, Kamerun və digər ölkələrdə ali təhsil sisteminin təşkili və inkişafında fəal iştirak etmişlər.Əlcəzair və Əfqanıstanda tədris mərkəzləri yaradılmış, institutlar açılmış və uzun illər professsor-müəllim hey”əti həmin institutlarda fəaliyyət göstərmiş və indi də göstərirlər.
    Hal-hazırda ADNA-nın 30 əməkdaşı Türkiyə. Əlcəzair, Kipr və İranın aparıcı ali məktəblərində çalışır.
    ADNA-nın əməkdaşlarından bir çoxu qabaqcıl ölkələrin Elmlər Akademiyasının, fəxri, həqiqi və müxbir üzvləri seçilmiş, xarici ölkələrdə elmin ən müasir sahələri üzrə mühazirələr oxumuş və beynəlxalq konfrans və simpoziumlarda iştirak edirlər.
    Beynəlxalq təşkilat və ittifaqların ayırdıqı qrantlardan, beynəlxal təhsil proqramlarından, xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıqdan, müxləlif elm və təhsil fondları tərəfindən keçirilən müsabiqələri istifadə edərək tələbə və aspirantlar xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilirlər.
    1993-cü ildən başlayaraq 20-dən çox tələbə, magistrant və aspirant ABŞ, Fransa, Türkiyə, İngiltərə, İtaliya, Almaniya və Rusiya ali məktəblərində təhsil almışlar. Təkcə 1998-2000-ci illərdə ADNA-nın 10 tələbə və magistrantı təhsillərini davam etdirmək üçün ABŞ,Almaniya,Fransa və Norveçin ali məktəblərinə göndərilmişlər.
    1999-cu ildən e”tibarən ADNA-da “TASİS-TEMPUS” proqramı çərçivəsində SR 20029-98 saylı Avropa kompakt layihəsinə uyğun “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə magistr hazırlığına başlanmışdır. Bu layihə çərçivəsində ADNA Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə əməkdaşlıq edir.
    Adı çəkilən proqram çərçivəsində magistr hazırlığının yüksək səviyyədə həyata keçirilməsi üçün müasir texnika ilə təchiz olmuş ixtisaslaşdırılmış kabinet-ofis yaradılmış, əsaslı kitabxana müasir elmi ədəbiyyatlarla təchiz olunmuşdur. Magistrantların istifadəsinə verilən müasir fərdi kompüterlər “İNTERNET” sisteminə qoşulmuşdur ingilis və fransız dillərində də mühazirələr oxunur.
    ADNA-da ABŞ-nın corciya Dövlət Universitetinin tərəfmüqabilliyi ilə 1999-cu ildən “Biznesin idarə olunması üzrə magistrlərin hazırlanması və professor-müəllim hey”ətini təkmilləşdirilməsi” birgə proqramı çərçivəsində də magistr hazırlanır.
    Proqram çərçivəsində artıq ADNA-nın əməkdaşlarının corciya Dövlət Universitetində staj keçmələri və həmin universitetdən və ABŞ-ın digər universitetlərindən professorların ADNA-da mühazirə oxumaları işinə başlanmışdır.
    ”İNTERNET-ə” çıxışı olmaqla yaradılan 15 ədəd müasir fərdi kompüterlə təchiz olunmuş kabinet yaradılmış və onun açılışında ABŞ-ın Azərbaycandakı səfirliyinin rəhbərliyi da iştirak etmişdir.
    Hal-hazırda bu proqram çərçivəsində 50-yə yaxın magistrant təhsil alır. Dərslər azərbaycan və ingilis dillərində Amerikadan də”vət olunmuş professorlar və ADNA-nın ABŞ-da stajkeçmiş professor müəllim hey”əti tərəfindən aparılır.
    Xarici ölkə ali məktəbləri ilə iki tərəfli əməkdaşlıq ADNA-nın beynəlxalq əlaqələrində xüsusi yer tutur.


    Hal-hazırda aşağıda adı çəkilən xarici ölkə ali məktəbləri ilə əlaqələr yaradılmışdır:
  • Jorciya Dövlət Universiteti (ABŞ),
  • Zigen Universiteti (Almaniya),
  • Vilhemfagen Xüsusi Ali Məktəbi (Almaniya),
  • Tronheym şəhər Elm və texnologiya Universiteti (Norveç krallığı),
  • Ployeştin Neft və Qaz Universiteti (Rumıniya),
  • İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti (Rusiya Federasiyası),
  • Neft və Kömür Universiteti (Əlcəzair),
  • Təbriz Universiteti (İran),
  • Karaçi Universiteti (Pakistan),
  • Orta Doğu və Xocayənə Universitetləri (Türkiyə),
  • Paris Neft və mühərriklər İnstitutu (Fransa),
  • Nitsa Sofiya Antipolis Universiteti (Fransa),
  • Genuya Universiteti (İtaliya).

    ADNA Respublikamızda yerləşən Türkiyə,ABŞ, İran, İsrail, Almaniya, Fransa, Rumıniya, Norveç, Liviya və digər ölkələrin səfirlikləri ilə sıx əlaqələr saxlamaqla yanaşı, beynəlxalq əlaqələrin inkişaf etdirilməsində digər xarici ölkələrin səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığa mühüm yer verir.
    ADNA-nın beynəlxalq əlaqələri “Əsrin kontraktı” adını almış neft kontraktları bağlandıqdan sonra daha da geniş vüs”ət almışdır.
    EKSON, MOBİL, ŞLÜMBERjE, ŞEVRON,Bİ-Pİ-AMOKA, Türk Petrolları və başqa şirkətlərlə elmi və maddi-texniki bazanın inkişaf etdirilməsinə,məzunların işlə tə”min edilməsinə yönəldilən səmərəli əlaqələr qurmuşdur.
    ”Şlümberje” şirkətinin köməyi ilə ADNA müasir hesablama texnikası və təşkilatı texnika ilə təchiz olunmuş ixtisaslaşdırılmış mərkəz yaradılmış, tələbə, magistrant və aspirantların istifadəsinə verilmişdir.
    ”Türk petrolları” şirkəti hər il ADNA-nın yaxşı oxuyan tələbələrin müəyyən hissəsinə təqaüd verməklə gələcək də əlaqəni də inkişaf etdirməyi qarşıya qoymuşdur.
    ADNA-nın Universitetlərin beynəlxalq assosiasiyalarına və digər təşkilatlarına üzv olması onun beynəlxalq əlaqələrini daha da zənginləşdirir.ADNA Avropa Universitetləri Assosasiyasının və “YUNESKO” statuslu “İNKORVUZ” təşkilatının üzvüdür.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: