Elmi fəaliyyət

 ADNA, təkcə respublikada deyil, həm də dünya miqya-sında yanacaq-energetika və kimya-texnologiya sahələrində böyük əhəmiyyətə malik iri elmi tədqiqat mərkəzidir.
    Aparılan elmi tədqiqatların həyata keçirilməsində 56 kafedra, 18 problem laboratoriyası və iki elmi-tədqiqat institutu, 1109 elmi və elmi-pedaqoji əməkdaşlar iştirak edir. Onların arasında 91 professor və elmlər doktoru, 651 dosent və elmlər namizədləri vardır.
    Aşağıda elmi-tədqiqat laboratoriyalarının və insti-tutların adları verilmişdir:

Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat labo-ratoriyaları:

  • Neft və qazın geologiyası və geokimyası.
  • Seysmostratiqrafik tədqiqatlar.
  • Neft və qaz yataqlarının işlənməsinin geoloji əsasları.
  • Asetilenlərin heteroatomlu törəmələri.
  • Ekoloji kataliz.
  • Yarımfunksional xassələrə malik perspektiv materiallar.
  • Heterosiklli nitrillərin törəmələri və istehsal tullan-tılarının e’malı.
  • Kimya texnologiyasının mühəndis əsasları.
  • Dəniz və çirkab sularının sənayedə istifadəsi.
  • Elektrik şəbəkələri.
  • Elektrik qurğularının etibarlılığı və səmərəliliyi.
  • Qazma və neft sənayesinin istismarı qurğularının av-tomatlaşdırılmış intiqalı.
  • İstehsalatın texnoloji proseslərinin avtomatlaşdırıl-ması.
  • İdarəetmənin avtomatlaşdırılması və informatika.
  • Avtomatikanın lokal sistemləri.
  • İdarəetmənin intellektual sistemləri.
  • Elmi cihazqayırma.
  • Xarici iqtisadi əlaqələr.

Elmi-Tədqiqat institutları:

    1. Dövlət büdcəsindən maliyyələşdirilən «Neftin, qazın və kimyanın geotexnoloji problemləri» elmi-tədqiqat insti-tutu.
    2. Təsərrüfat hesablı «İdarəetmə proseslərinin avtomatlaş-dırılması» elmi-tədqiqat institutu.

    ADNA Azərbaycanda texniki fikrin inkişafında və elmi-texniki ziyalı təbəqəsinin formalaşmasında həlledici rol oynamışdır. Əldə etdiyi uğurlara görə institut 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
    İnstitutun mövcud olduğu ilk müddətdə elmi tədqiqat-lar əsaslı planlaşdırma və koordinasiya olmadan aparılır-dı. Yalnız 1934-cü ildə, institutda elmi-tədqiqat bölməsi yaradıldıqdan sonra, elmi tədqiqatların planlı inkişafı və ali təhsil ocağının elmi potensialının bu yerə cəmləş-məsi işi başlamışdır. 2 illik müddətdən sonra elmi-tədqiqat bölməsində 350 elmi-pedaqoji əməkdaş, o cümlədən 200 ştatda olan elmi işçi çalışırdı.
    Həmin illərdə institutda aparılan əsas elmi tədqiqat işləri arasında üzvi kimya laboratoriyasında aparılan neft və neft məhsullarından individlərin və ya individ qruplarının daha qiymətli məhsullara çevirmək məqsədi ilə ayrılması üçün neft və neft məhsullarının tərkib hissələ-rinin tədqiq edilməsi, kauçukabənzər maddələrin alınması ilə neft məhsullarının polimerizasiyasının öyrənilməsi, neftin hidrokarbonlarrından qiymətli kimyəvi birləşmələ-rin əldə edilməsi məqsədi ilə Bakı neftinin emal məhsul-ları bazasında üzvi sintezin öyrənilməsini, neft piroli-zinin məhsullarının amilen fraksiyasından alfa oksidlə-rin, xlorhidrinlərin, qlikolların və aminospirtlərin alınması, qeyri-üzvi kimya laboratoriyasında maddənin məhlul halında öyrənilməsinə dair mühüm işi, hidravlika laboratoriyasının özlü mayelərin və onların nəqlinin öy-rənilməsi, qaynar mazut və gil məhlununun nəqli üçün müa-sir nasosların yaradılması istiqamətində aparılan işləri qeyd etmək olar.
    Müharibəqabağı illər institutda elmi bazanın inkişa-fında və elmi tədqiqatların təşkilində mühüm mərhələ ol-muşdur. Həmin müddətdə laboratoriya, kafedra və s. fəa-liyyətini təşkil və tənzimləyən və lazımi qaydada qurul-muş mexanizm olan elmi-tədqiqat bölməsi təşəkkül tapmış və möhkəmlənmişdir. Bütün bunlar görülən elmi-tədqiqat işlərinin həcminin kəskin surətdə artması ilə nəticələn-mişdir. Müqayisə üçün qeyd etmək olar ki, institunun ya-randığı müddətdən, yəni 1920/21-ci tədris ilindən, 1936/37-ci tədris ilinə qədər dövlət büdcəsi və təsərrü-fat hesabı üzrə elmi-tədqiqat işlərinə sərf olunmuş ümumi məbləğ cəmi 600.000 rubl təşkil etmişdirsə, yalnız bir 1938-ci il ərzində həmin məbləğ 500.000 rubl, 1939-cu il-də – 700.000 olmuş, 1940-cı ilin 9 ayı ərzində isə 900.000 rubla çatmışdır. Böyük Vətən Müharibəsi illərində zamanın tələbindən çıxış edərək elmi-tədqiqat işlərinin həcmi 1941-ci ildə 1377800 rubla, 1942-ci ildə 1260600 rubla və 1943-cü ildə 1605700 rubla çatdırılmışdır.
    Əhəmiyyətli işlər arasında aviabenzinin və aviayağla-rının istehsalının artmasına, qıt məhsulların yerli xam-maldan alınan əvəzedicilərlə dəyişdirilməsinə yönəldilmiş işləri qeyd etmək olar. 1942-ci ildə «Türkmənneft» tre-stinin 26 Bakı Komissarı adına olan mə’dənində kompressor istismarının mənimsənilməsi, Qərbi Nebitdağ istismar quy-ularının tədqiqi və onların mənimsənilməsi planının ha-zırlanması da bu qəbildən olan işlərdir.
    Müharibədən sonrakı illərdə institutda neft quyuları-nın qazılması və istismarı, energetika, iqtisadiyyat, is-tehsal proseslərinin avtomatlaşdırıl-ması, mexanika və s. sahələrdə elmi istiqamətlər meydana gəlmişdir.
    Ali təhsil ocağının imkanlarından daha səmərəli isti-fadə edilməsi məqsədi ilə işləmələrin müvəffəqiyyətinə kömək edən yeni təşkilati formalar: problem və sahə elmi-tədqiqat laboratoriyaları yaranmağa başlamışdır, 1957/58-ci tədris ilində institutda iki problem elmi-tədqiqat la-boratoriyası avtomatika və texniki kibernetika (1957) və polimer və monomerlərin kimyası (1958) laboratoriyaları yaranmışdır.
    1961-ci ildə respublikanın Nazirlər Sovetinin sərənc-amı ilə institutda problem elmi-tədqiqat işləri şöbəsi yaradılır. Həmin şöbədə geologiya, qazma və nef-tqaz ya-taqlarının işlənməsi, kimya və neft emalı, avtomatika, energetika və informasiya-ölçmə texnikası bölmələri fəa-liyyət göstərirdi.
    Bir müddət sonra daxili yanma mühərriklərinin işlən-miş qazların zərərsizləşdirilməsi üçün katalizatorların işlənib hazırlanması (1964) və neft və kimya sənayesində istehsal proseslərinin avtomatlaşdırılmasının riyazi üsul və sistemləri (1964) problem laboratoriyaları yaradılmış-dır.
    Sonrakı illərdə geoloji-geofiziki, böyük dərinlikdə qazma texno-lo-gi-ya-sı, neft və qazın çıxarılması texnikası və texnologiyası, daxili yanma mühərriklərinin zəhərli qazlarının zərərsizləşdirilməsi üçün kataliza-tor-la-rının işlənib hazırlanması, neft emalı sənayesində texnoloji pro-ses-lə-rin avtomatlaşdırılması, dəniz suyunun sənayedə istifadəsi, neft sə-naye-si-nin energetikası və avtomatlaşdırılmış elektrik intiqalı, layın karbohid-ro-gen-lərinin termodinamikası və layın fizikası (1972-ci ildə karbohid-ro-gen-lərin istilik fizikası laboratoriyası adlandırılmışdır), korroziya ilə mübarizə, neft hidravlikası laboratoriyası yaradılmışdır. Bundan sonra problem elmi-tədqiqat laboratoriyaların sayı 29-a çatdırılmış və onların arasından 11 laboratoriyanın əsasında sonradan «Neftin, qazın və kimyanın geotexnoloji problemləri» adlı elmi-tədqiqat institutu yaradılmışdır.
    60-cı illərdə institut tərəfindən aparılan elmi təd-qiqatların həyata keçirilməsində institutun 1630 əməkda-şı, o cümlədən Azərbaycan Respublikası Elmlər Akademiya-sının 9 akademiki və müxbir üzvü, 30 professor, elmlər doktoru və 145 elmlər namizədi, dosentlər iştirak edirdi.
    Nazirlik və sənaye müəssisələri ilə müqavilələrə əsasən görülən elmi-tədqi-qat işlərinin həcmi 1960-1970-ci il-lərdə 9363000 rubl təşkil etmişdir.
    İnstitutda elmi işlər, ölkə və respublikanın xalq tə-sərrüfatının inkişafının ən mühüm istiqamətlərinə müvafiq qurulub tənzimlənirdi. İn-s-ti-tut, keçmiş SSRİ Elm və Texnika Komitəsi və SSRİ Dövlət Plan Ko-mi-tə-si tərəfindən təsdiq edilmiş 5 məqsədli kompleks proqramların, 6 Ümum-it-ti-faq elmi-texniki proqramlarının, keçmiş SSRİ EA-nın əlaqələndirmə planlarına dair 8, keçmiş AzSSR EA-nın 5 proqramının, 7 sahə proqramının, həmçinin res-pub-li–kanın Təhsil Nazirliyinin mühüm işlər üzrə proqramların yerinə yeti-ril-məsində iştirak etmişdir.
    Mövcud olduğu illər ərzində ADNA-nın alimlərinin və məzunlarının, ölkənin neft, qaz və neft emalı, kimya, energetika, maşınqayırma sənayesinə böyük köməyi dəymiş-dir. Bir çox ideyalar, işləmələr, üsul və metodlar dünya və yerli təcrübədə ilk dəfə işlənib hazırlanaraq neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi və istismarı üçün is-tifadə edilmişdir.
    Pioner əhəmiyyətli işlər içərisində turbinli qazmanın yara-dıl-ma-sı-nı, neft və qaz quyularının maili qazılmasının nəzəriyyəsi və prakti-ka-sı-nın işlənməsini, quyuların ştanq-dərinlik nasosları və kompressor üsul-la-rı ilə istismarının nəzəri və praktiki əsaslarının işlənməsini, layın neft verimliyinin artırılması üçün qazın laya vurulması üsulunun ilk dəfə institutuda layihələndirilməsini, qazkondensat yataqlarının işlən-mə-si və istismarının nəzəri və praktiki əsaslarının işlənib hazırlanmasını, «Qaradağ» unikal qazkondensat yatağının işlənməsi layihəsinin tərtib edilməsini, layların qaz və kondensat veriminin artırılması üçün zəruri olan qaz və qazkondensat yataqlarının işlənməsində başlanğıc təzyiq qradientinin nəzərə alınmasını, qeyri-nyuton xassəli neft yataqlarının işlənməsinin nəzəriyyəsi və praktikasının, onların nəqli üsullarının işlənməsini və neft hasilatında qeyri-nyuton sistemlərin tətbiqinin, dənizdəki neft qaz yataqlarının işlənməsinə dair nəzəri əsas-ların işlənməsini, dəniz neft, qaz və qazkondensat yataqlarının təh-lili və layihələndirilməsinə dair metodiki qaydaları, karbohidro-genlərin oksigenli dehidridləşməsi, olefinlərin, spirtlərin və kükürdün parsial oksidləşməsi prosesləri üçün yeni katalizatorların işlənib hazırlanmasını, nüvə-maqnit karotajına dair Azərbaycanda, Özbəkistanda, Tatarstanda, Qərbi Sibirin yataqlarında müvəffəqiyyətlə tətbiq olunmuş işləri, Kola yarımadasında ifrat dərinlik quyusunun qazılmasında turboburların fırlanma sürətinə nəzarətə aid işləri, dəyişən cərəyanlı avtomatik kompensasiya qurğularının işinin ümumi nəzəriyyəsinin yaradılmasını və s. göstərmək olar.
    İnstitutun alimləri tərəfindən yerinə yetirilmiş elmi tədqiqatlar, keçmiş SSRİ-nin elm və texnika sahəsi üzrə Dövlət mükafatına, respublikanın elm və texnika sahəsi üzrə dörd Dövlət mükafatına, keçmiş SSRİ Nazirlər Soveti-nin iki mükafatına, İ.M.Qubkin adına dörd mükafata, ən yaxşı elmi-tədqiqat işinə görə keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin iki mükafatına layiq görülmüşdür.
    ADNA-nın elmi-texniki işləmələri 15 beynəlxalq və 50-dən çox ümumittifaq və respublika sərgilərdə nümayiş et-dirilmiş, 6 qızıl, 41 gümüş və 70 bürünc medallar, həmçi-nin 13 fəxri diplomlarla təltif edilmişdir.
    Müasir elmi səviyyə neft akademiyasında aparılan el-mi-tədqiqat işlərinin nəticələrinin yeniliyi və praktiki dəyəri ümumilikdə ixtiraçılıq və patent-lisenziya işinin müsbət nəticələri, sənayenin müxtəlif sahələrində elmi işləmələrin tətbiqi, həmçinin yüksək ixtisaslı kadrların (elmlər doktoru və elmlər namizədlərinin) hazırlanmasında fəallıq ilə xarakterizə olunur. Belə ki, neft akademiya-sının mövcud olduğu 80 il ərzində ixtiralara 1300 patent alınmışdır. Bu illərdə elmi-tədqiqat işlərinin həcmi təx-minən 140 milyon rubl (1921-1992-ci illər) və 3.48 milyard manat (1993-1999-cu illər) təşkil etmişdir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: