2007-cü ilin hadisələri və xəbərləri

  2007-ci ilin noyabr ayının 13 – 29 arasında Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinin “Konstitusiya günü”nə həsr olunmuş 56-cı elmi-texniki konfransı keçirilmişdir. Konfransın proqramına 9 bölmə üzrə 286 bakalavriat, 56 magistratura pilləsinin tələbələrinin elmi işlərinin nəticələri haqqında məruzələri daxil edilmişdir.
      Konfransın açılış mərasimində rektor, akademik Siyavuş Qarayev, Təhsil Naziri, professor Misir Mərdanov və ADNA-nın 2000-ci il məzunu, Gənclər Təşkilatları Milli Şurasının sədri, Millət vəkili Fuad Muradov çıxış etmişlər.
      Noyabr ayı ərzində bölmələrdə 20 iclas keçirilmiş və orada 231 məruzə dinlənilmişdir. Hər bir məruzəçinin təqdimatı müstəqil münsiflər qrupu vasitəsilə qiymətləndirilmişdir. Oxumağa davam et
Advertisements

2006-cü ilin hadisələri və xəbərləri

       2005-ci ilin oktyabrında В«HalliburtonВ» şirkətinin köməyi ilə В«Neft və qaz quyularının qazılmasıВ» kafedrasında yaradılan 20 kompüterlə və digər aksessuarlarla təchiz edilmiş, lokal şəbəkəli mərkəz və ixtisaslaşdırılımış auditoriya istismara verilmişdir.
***
       2005-ci ilin noyabr ayının 8-29 arasında Azərbaycan Dövlət Neft Akademiyasının Tələbələrinin В«Konstitusiya günüВ»nə həsr olunmuş 54-cü elmi-texniki konfransı keçirilmişdir.
       Konfransın proqramına 9 bölmə üzrə 245 bakalavriat, 58 magistratura pilləsinin tələbələrinin elmi işlərinin nəticələri haqqında məruzələri daxil edilmişdir.
       Konfransın açılış mərasimində rektor, professor Siyavuş Qarayev, Təhsil Naziri, professor Misir Mərdanov və ADNA-nın 1956-cı ildəki məzunu, MEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış etmişlər. Oxumağa davam et

2005-cü ilin hadisələri və xəbərləri

 İnstitutunun direktoru, akademik Musa Rüstəmov konfrans iştirakçılarını təbrik etmişlər. Sonra 2 gün ərzində 7 bölmənin iclaslarında 62 gənc tədqiqatçının məruzəsi dinlənilmişdir Məruzələr hər bölmədə 5 müstəqil münsif tərəfindən qiymətləndirilmişdir. 7 nəfər məruzəçi I dərəcəli diplomla və baş sponsor «Azərsell Teleçom» birgə müəssisəsi tərəfindən mobil telefonlarla, 2 nəfər I dərəcəli diplom və «Siemens»in hədiyyələri ilə mükafatlandırılmışdır. «Emerson Process Management» və «Halliburton» şirkətlərinin köməyilə 62 məruzənin mətni 312 səhifəlik toplu şəklində çap olunmuşdur. Oxumağa davam et

2004-cü ilin hadisələri və xəbərləri

 2004-cü ilin noyabr ayının 16-dan dekabr ayının 7-dək tələbələrin «Milli Dirçəliş günü»nə həsr olunmuş 53-cü elmi-texniki konfransı keçirilmişdir. Konransın plenar iclasında ADNA-nın rektoru, MEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev, Təhsil Naziri Misir Mərdanov və ADNA-nın 1959-cü ildəki məzunu, «Geofizika və Mühəndis Geologiyası» İstehsalat Birliyinin baş direktoru, professor Kərim Kərimov tələbələri təbrik etmiş, konfransa uğurlar diləmişlər.  Oxumağa davam et

2003-cü ilin hadisələri və xəbərləri

   2003-cü ildə ADNA ilə Çin Neft Universiteti (ÇNU) arasında birgə kadr hazırlığı üzrə təhsil sahəsində əməkdaşlıq müqaviləsinin proqramının çərçivəsində 18 kompüterdən ibarət lokal şəbəkəli tədris mərkəzi yaradılmışdır.

***
     2003-cü ilin aprel ayının 22-də ADNA-da Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanda yanacaq-ererji və kimya kompleksinin inkişafı: 1969-2003-cü illər» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
     ADNA-nın rektoru, AMEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev «Azərbaycanda elmin, təhsilin, mədəniyyətin və iqtisadiyyatın inkişafında Heydər Əliyev fenomeni» mövzusunda giriş sözü ilə çıxış etmişdir.
     Konfransda Neft Akademiyasının alimləri «Azərbaycanın neft və qaz yataqlarının işlənməsinin müasir vəziyyəti və perspektivləri», «Heydər Əliyev şəxsiyyəti və Azərbaycanın neft və qaz sənayesinin inkişafı», «Azərbaycanın neft emalu, neft-kimya və kimya sənayesinin nailiyyətləri və perspektivləri», «Azərbaycanın neft-qaz sənayesinin yüksək keyfiyyətli və etibarlı avadanlıqlarla təmin edilməsi problemləri», «Dənizkənarı istilik stansiyalarının çoxməqsədli müəssisəyə çevrilməsi», «Azərbaycanın iqtisadiyyatında avtomatlaşdırma və informasiya texnologiyalarının inkişaf mərhələləri və perspektivləri», «Heydər Əliyev və yanacaq-enerji-kimya kompleksi sahələrində istehsal sahibkarlığının inkişafı», «Azərbaycan ixrac boru kəmərləri böyük neft strategiyasının qələbəsidir» mövzularında məruzələrlə çıxış etmişlər. Oxumağa davam et