İnkişaf tarixi

1887-1922    10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır.
    1896-cı ildə texniki məktəb «Bakı aşağı səviyyəli texniki məktəbə» çevrilmişdir. 1896-1905-ci illər ərzində bu məktəbin mexanika şö’bəsi üzrə 50 nəfər, inşaat şö’bəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şö’bəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfər azərbaycanlı idi.
    1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–me’marlıq şö’bələri fəaliyyət köstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
    16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin «Bakıda politexnik institutunun yaradılması haqqda» dekreti e’lan edildi.
Dekretdə aşağıdakılar qeyd olunmuşdur:
  • «Neft-mə’dən», «elektromexanika», «mühəndis-inşaat», «kənd təsərrüfatı» və «iqtisadiyyat» fakultələri əsasında Bakı politexnikumu bazasında M.Əzizbəyov adına Bakı politexnik institutu yaradılsın.
  • Bakı politexnikumunun binaları, avadanlıqları, həmçinin Rus texniki cəmiyyətinin kimya laboratoriyası Bakı politexnik institutunun sərəncamına verilsin.
  • Politexnik institutunun tələbə kontingentinin tərkibinə politexnikumun tələbələrinin daxil edilməsi ilk növbədə, aşağıdakı əsaslarla nəzərdə tutulsun: kafi dərəcədə ümumi təhsil hazırlığına malik tələbələrin I semestr dərslərinə buraxılması, belə hazırlığa malik olmayanlara isə əlavə ümumi təhsil fənnlərinin keçilməsi və ən nəhayət texnikumun yuxarı kurs tələbələrinə xüsusi dərslər təşkil etməklə tələbələr sırasına daxil olunması.
  • Dövlət Universitetinin tələbələri üçün mövcud olan sosial tə’minat hüquqları Bakı Politexnik institutunun tələbələrinə də şamil edilsin.
  • Universitetlərdən və digər müəssisələrdən Politexnik institutuna tədris prossesinə cəlb olunacaq professor-müəllimlərin əvəzçiliklə işləmələrinə baxmayaraq, Politexnik institutunda tutduğu vəzifəyə uyğun onlara əmək haqqı verilsin.
  • Professor-müəllim hey”ətinin əmək haqqı Dövlət Universitetində uyğun vəzifədə çalışan əməkdaşın əmək haqqı kimi ödənilsin.
    12 dekabr 1920-ci ildə Xalq Maarif Komijsarlığı tərəfindən institutun açılması barədə dekreti verilir. Dek-retdə Bakı Politexnik institunun yaradılması ilə bağlı Bakı politexnikumun bağlanması və müəllimlərin öz vəzifələrindən azad edilməsi qeyd olunur, hazırlıq işlərinin başa çatması və institutda tədris ilinin 01 yanvar 1921-ci ildə başlanması köstərilirdi.
    Dekretə əsasən mühəndis A.İ.Kozlovun sədrliyi ilə in-stitutda qəbul komissiyasının yaradılması və aşağıdakı normaları rəhbər tutaraq, qəbulun 1 yanvar 1921-ci ilədək başa çatdırılması nəzərdə tutulurdu. Namizədlərdən ilk növbədə – Bakı politexnikumunun tələbələrinin, xüsüsi ali məktəblərin tələbələrinin, ikinci – türk dili bilənlərin, üçüncü – fəhlələrin, dördüncü – AKBP MK və BK-dən göndərilən beşinci – qızıl ordu nümayəndələrinin, altıncı – şura qulluqçularının, yeddinci – qalan vətəndaşların instituta qəbulu nəzərdə tutulmuşdur.
    Dekretə uyğun professorlar N.A.Dubrovskiy, P.K.juze, L.Q.Qurviç, Petroqrad Universitetinin dosenti A.S.Şepotev və mühəndis D.D.Qadaskin institutun professorları; aqronom N.A.Lebedev, mühəndislər S.Vəkilov, A.İ.Kozlov, A.N.Şuşerov və M.V.Abramoviç isə ixtisaslarına uyğun ka-fedra ştatlarına müəllim kimi daxil edilmişlər.
    Professor N.A.Dubrovskiy 1 sentyabr 1921-ci ilədək ilk rektor tə’yin olunmuşdur.
    Dekretdə Elmi Şuranın tərkibinin, adları yuxarıda çə-kilənlərdən təşkil olunması da qeyd olunmuşdur.
    İnstitutun Elmi Şurasının birinci iclası 15 dekabr 1920-ci ildə ilk rektor professor N.A.Dubrovskinin sədrliyi altında aparılmışdır. İclasda S.Vəkilov Elmi Şuranın katibi seçilmişdir. Az sonra, 18 dekabrda Elmi Şuranın ikinci iclası keçirilmiş və ilk dəfə olaraq fakultələrə: «Neft-mə’dən» – dağ mühəndisi B.Dombrovskiy, «Elektromexanika» – mühəndis-elektrik A.Sizov, «Mühəndis-inşaat» – mülki inşaaat mühəndisi A. Şuşerov, «İqtisadiyyat» – professor N.A.Dubrovskiy və «Kənd təsərrüfatı» – aqronom N.Lebedov dekan seçilmişlər.
    Fəaliyyətə başlanmasını bəyan edən ilk zəng 2 yanvar 1921-ci ildə saat 9.30-da vurulmuş və mühəndis S.Vəkilov institutun tarixində ilk dəfə olaraq ali riyaziyyatdan mühazirə oxumuşdur.
    1920/21-ci tədris ilində institutun Elmi Şurasının 66 nəfərdən ibarət olan tərkibinə aşağıdakı professorlar və müəllimlər daxil olmuşlar:N.A.Dubrovskiy, P.K.juze, L.Q.Qurviç, A.S.Şepotev,D.D, Qadaskin, A.M.Şuşerov, L.S.Leybenzon, İ.V.Kurçatov, K.A.Krasusskiy, A.A.Axundov, Q.N.Qaziyev, İ.Q.Yesman, S.A.Kovalevskiy, P.İ.Kuznesov, T.Q.Kuliyev, P.P.Lukin, M.M.Skvorsov, S.N.Usatıy, V.İ.Tixomirov, B.P.Albiskiy, N.L.Vannikov və başqaları.
    1920/21-ci tədris ilində institutda 1135 tələbə oxuyurdu.
    1922-ci ildə “ Kənd təsərrüfatı”, “ İqtisadiyyat”, “ Texnoloji ( elektrotexnika, dağ-neft və nefttexnoloji şö’bələri)”, və “Mühəndis-inşaat (quru yol, hidrotexniki və mülki inşaat ixtisasları üzrə)” fakultələrin fəaliyyəti üzrə institutun strukturu səhmanlaşdı.
    Bu dövrdə əsasən ümumi nəzəri hazırlığa geniş yer verilməklə ixtisas fənnlərinin tədrisinə və istehsalat təcrübələrinin keçirilməsinə lazımı nəzarət yetirilmirdi. Tədris planlarına çoxlu sayda fənnlər salınmaqla, fənnlərdən hesabatların verilməsində sərbəstliyə yol verilməklə bərabər, tələbələrin bir kursdan digərinə keçiril-məsində məqbul və imtahanların verilmə ardıcıllığı gözlənilmirdi. Praktiki və laboratoriya dərslərinə lazımı diqqət yetirilmir, tələbələrin müvəffəqiyyəti bal sistemi ilə qeydə alınırdı. Təhsil müddətinin nominal 5 il olmasına baxmayaraq, tədris planının həddən artıq yüklənməsi, az sayda tələbələrə belə 7 il ərzində institutu bitirməyə imkan verirdi.
1922-ci ildə institutun maddi-texniki bazasının və professor–müəllim hey’ətinin gücləndirilməsinə «Azneft»(tə’mir və lazımı avadanlığın tə’mini və 150 tələbəyə təqaüdün verilməsi), Xalq Komissarlar Şurası, Maa-rif, Torpaq, Yeyinti Ticarət Xalq Komissarlıqları tərəfindən lazımı köməklik göstərilirdi.
    Bu illərdə institutda işləmək üçün professorlar: S.N.Usatıy, S.M.Romanov, B.P.Albiskiy, M.M.Əliyev və İ.Q.Yesman (1922-1928-ci illərdə rektor vəzifəsini icra etmişdir) də’vət olunmuşlar.
    1923-cu ilin yayında Azərbaycan Hökümətinin təşəbbüsü nəticəsində keçmiş ittifaqın Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cu il tarixli qərarı çıxırılmış, Bakı Politexnik institutunun ümumi ittifaq əhəmiyyəti qeyd olunmuş və ittifaqın Maarif Komissarlığına və Azərbaycan Hökumətinə İnstitutun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilmişdir. Bunun nəticəsində «Azneft»in gəlirinin müəyyən faizinin institutun fonduna köçürülməsinə, Vladikavkaz Politexnikumun avadanlığının alınmasına nail olunmuşdur.
    1923-cu ildə 3 nəfərdən ibarət birinci buraxılış, 1924/25-ci tədris ilində -13, 1925/26-ci ildə – 46, 1926/27-ci ildə isə 289 nəfər mühəndis buraxılışı olmuşdur.
1923-1940    1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan politexnik institutu adlandırılmışdır.
    1929-cu ildə rektor vəzifəsini onun məzunu M.V. Barinov icra etmişdir.
    1929-1932-ci illərdə institututda, onun fakültələrində yenidənqurma işlərini aparan və həmin illərdə rektor vəzifəsini icra edən, institutun mə’zunu A.A.Nikişin ol-muşdur.
    12 may 1929-cu ildə institutdan «Kənd Təsərrüfatı» fakültəsi ayrılmış və sərbəst fəaliyyət göstərən «Kənd Təsərrüfatı İnstitutu» yaranmışdır.
    29 may 1930-cu ildə «Azərbaycan Politexnik İnstitutu»nun adı dəyişdirilmiş və «Azərbaycan Neft İnstitutu» (ANİ) adlandırılmışdır.
    1931-ci ildə institutun şö’bəsi «Azərbaycan Qiyabi Sənaye İnstitutu» yaradılmışdır.
    Azərbaycan Neft İnstitutu bazasında Gəncə, Qroznı, Ufa və İşimbayda şö’bələri olan «Azərbaycan Qiyabi Neft İnstitutu» yaradıldı.
    İnstitutun adının «Azərbaycan Neft İnstitutu» adlan-dırılması ilə bağlı yenidənqurma işləri və mühəndis kadrların hazırlanması aşağıdakı fakültələrdə aparılmışdır: «Mexanika» (elektromexanika, avtonəqliyyat, istilik energetikası sahələri üzrə); «Neft-mə’dən»(qazıma, istismar, qazın hasilatı və utilizə olunması və mə’dən mexanikası sahələri üzrə); «Geoloji-kəşfiyyat», «Neftkimya» (neft zavodları, laboratoriya-tədqiqat, mineral maddələrin texnologiyası üzrə); «İnşaat» (sənaye-zavod inşaatı, mülki me’marlıq tikintiləri üzrə), «Nəqliyyat» (sü’ni tikililər, dəmir yolları, dəmir yol istismarı və relssiz nəqliyyat üzrə), «Sənaye iqtisadiyyatı» və «hidroenergetika».
    19 iyun 1930-cu ildə «İnşaat» fakültəsi bazasında Azərbaycan İnşaat İnstitutu yaradılmışdır (1 sentyabr 1934-cü ildə yenidən «me’marlıq-inşaat fakültəsi» adı ilə Azərbaycan Neft İnstitutuna verilmişdir).
    Politexnik institutun 10 illiyinə təsadüf edən otu-zuncu illərdə 3267 tələbəsi, qiyabi təhsil üzrə fəhlə fakültəsində 3000-dən çox dinləyicisi olan Azərbaycan Neft İnstitutu keçmiş ittifaqda, görkəmli ali təhsil müəssisələrindən birinə çevrilərək miqyas və əhəmiyyətinə görə Zaqafqa-ziyada birinci ali texniki məktəb kimi qalmışdı.
    Əgər 1921-1929-cu illər ərzində 422 nəfər mühəndis buraxılışı olmuşdursa, təkcə 1929/30-cu tədris ilində in-stitutu 559 mütəxəssis bitirmişdir.
    Neft sənayesi üçün mütəxəssis hazırlığında əldə etdiyi nailiyyətlərə görə institut 1931-ci ildə Azərbaycan Respublikası hökümətinin «Qırmızı Əmək Bayrağı Ordeni» ilə mükafatlandırılmışdır.
    Ölkənin sənayeləşdirilməsi ilə bağlı sənayenin Azərbaycanda da sür’ətli inkişafı təkcə neft deyil, digər sahələr üçün də mü-həndis kadrlarının hazırlanmasını tələb edirdi. Beləliklə, respublikada geniş profilli sənaye institutunun yaradılması günün vacib məsələsi kimi qarşıda dururdu.
    1934-cü il oktyabrın 10-da Neft institutu maşınqayırma, energetika və s. sahələr üçün də mühəndis kadrları hazırlığına görə Azərbaycan Sənaye İnstitutuna (Az.Sİ) çevrildi.
    1932-1933-cü illərdə A.M.Çeqodayev, 1933-1934-cü illərdə S.P.Kiselyev, 1934-1938-ci illərdə İ.S.Axundzadə institutun rektoru olmuşlar.
    Fəaliyyətinin 15 ili ərzində 2614, sonrakı beş ilində isə 2696 nə-fər mühəndis kadrlarının hazırlanması, institutun sür’ətlə inkişaf etməsini sübut edir.
    Fəaliyyətinin 20 illiyi ərzində əldə etdiyi nailiyyətlərə görə 25 dekabr 1940-cı ildə institut ittifaq hökumətinin ali mükafatlarından olan Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur.
1940-1952    40-cı ildə institutda aşağıdakı 7 fakultə fəaliyyət göstərirdi: Neft mə’dən (dekan-professor A.İ.Beskin), ge-oloji-kəşfiyyat (dekan-dosent Ş.Ə.Əzizbəyov), texnoloji (dekan-dosent M.M.Mövsümzadə), mexanika (dekan-dosent İ.İ.Semyanistıy), energetika (dekan-dosent Ə. M. Məmmə-dov), mühəndis-iqtisad, inşaat (dekan-dosent B. Q. Reva-zov).
    1939-1941-ci illərdə M.M.Əliyev institutun rektoru vəzifəsini icra etmişlər.
    1941-ci ildə 2-ci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq institut və onun əməkdaşları qarşısında yeni məsələ və qayğı yarandı.
    Müharibənin ilk günündən başlayaraq institutun əməkdaşları və tələbələri ölkə qarşısında borclarını vermək üçün cəbhəyə yollandılar.
    Tarixi qələbədən sonra yenidən institutda fəaliyyətə başlayanlardan Ə.Hacıyev, T.Əliyev, A.Ametov, M. Quluzadə, T.Qurbanəliyev, Ə.Məmmədov, L.Məmmədov, İ.İbrahimov, K.Sadığov, İ.Reyxman, A.Papkov, K.Şaxbazbəyov, X.Şirinov, P.Tağızadə, İ.Semyanistıy, R.Əmircanov və b. göstərmək olar.
    Sənayedə işləyənlərin və həmçinin institut tələbələrinin cəbhəyə gönərilmələri ilə bağlı “hər şey cəbhə üçün”devizi altında işləyən mə’dən və zavodlarda istehsalatın idarə olunmasında xeyli miqdarda kadr çatışmazlığına səbəb oldu. Çatışmazlığı aradan qaldırmaq məqsədilə respublika hökumətinin M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitununda kadr hazırlığının yaxşılaşdırılması tədbirləri Haqqında 5-12 mart 1943-cü il qərarına əsasən 1943/44-cü tədris ilinə 1000-1200 tələbə qəbulu planlaşdırıldı. Planın yerinə yetirilməsi üçün qiyabi şö’bə tələbələrinin əyani şö’bəyə keçirilməsi, rayonlarda gənclər arasında təbliğatın aparılması və 500 nəfər nəzərdə tutulmaqla, hazırlıq kurslarının genişləndirilməsi və s. işlər aparıldı. Bunlarla yanaşı hərbidən qayıdanlar arasından instituta tələbə seçmək üçün xüsusi hökümət komissiyası da yaradıldı. Hərbi Hospital tələbələrin yataqxanası kimi istifadəyə verildi və institutun tələbələri hərbi qulluğa çağırışdan azad edildilər.
    Respublika Xalq Komissarlar Şurasının 12 noyabr 1943-cü il qərarı ilə tələbələr üçün azərbaycan dilində dərslik, dərs vəsaitlərinin nəşr edilməsi işi gücləndirildi,tələbələr və institutun akademik işçiləri üçün xüsusi-qapalı yeyinti və sənaye malları mağazaları fəaliyyətə başladı.
    Böyük çətinliklərə baxmayaraq müharibə illərində 1000-dən çox mühəndis hazırlığına nail olmaqla, 1945-ci ildə tələbələrin sayı 4500 nəfərə çatdırıldı.
    Müharibədən sonra institut özünün inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu mərhələdə institutun inkişafı ölkənin, o cümlədən respublikanın sənayesinin, xüsusi ilə neft sənayesinin inkişafından bilavasitə asılı idi.
    İttifaq üzrə yeni-yeni neft yataqlarının kəşfi institutun mə’zunlarına və yeni ixtisaslar üzrə hazırlanacaq kadrlarına böyük ehtiyac yaradırdı.
    1950-ci il ərəfəsində fəaliyyət göstərən 8 fakultədən 6-sı bilavasitə neft sənayesi üçün kadr hazırlığı ilə məşğul idi. Müharibədən sonrakı I beşillikdə: 1946-cı ildə-190 nəfər, 1947-ci ildə – 300, 1948-ci ildə-412, 1949-cu ildə-498 və 1950-ci ildə-566 nəfər mühəndis hazırlığı aparılmışdır.
1952-1965    Müharibədən sonra institutun həyatında əsaslı diyişiklər olmuşdur.
    1952-ci ildə institutda fəaliyyət göstərən «İnşaat-me’marlıq», «Nəqliyyat» və «Mexanika» (bir hissəsi) fakultələri əsasında «Azərbaycan Politexnik İnstitutu» ya-radıldı.
    AzSİ-dən politexnik institutuna 57 nəfər professor-müəllim hey’ətini özündə cəmləyən 11 kafedra verildi. Bununla da AzSİ yenidən, əsas e’tibarı ilə Neft Sənayesi üçün mütəxəssis hazırlayan ali təhsil ocağına çevrildi.
    İttitfaq hökumətinin 14 mart 1959-cu ildə qəbul et-diyi qərarına əsasən Sənaye İnstitutu adı dəyişdirilərək M.Əzizbəyov adına «Azərbaycan Neft və Kimya İnstitutu»na (AzNKİ) çevrildi. 1941-1960-cı illərdə İnstitutda rektor vəzifəsini S.B.Qocayev icra etmişdir.
    AzNKİ-nin qarşısına əsas e’tibarı ilə inkişafda olan ittifaqın neft və neft-kimya sənayeləri üçün yüksək ixti-saslı mühəndis və elmi kadrların hazırlanması vəzifəsi qoyulmuşdur.
    1959/60-cı tədris ilindən başlayaraq texnologiya fakültəsinə tələbə qəbulu artırılaraq yeni: neft və qazın texnologiyası; üzvi sintez və sintetik kauçuk texnologiyası; plastik kütlə, rezin, plastik kütlənin işlənməsi; elektrokimyəvi istehsal ixtisasları üzrə mütəxəssis hazırlığına başlanılmış və fakultənin adı dəyişdirilərək «Kimya texnologiya» ilə əvəz edildi. Bu fakultə üzrə tə-ləbə qəbulunun sayı 1961/62 tədris ilində 488 nəfər olduğu halda, 1964/65-ci tədris ilində artırılaraq 876 nəfərə çatdırıldı.
    Bu illərdə respublika hökümətinin qərarına əsasən «Xalq təsərrüfatı institutun»dan planlı iqtisadiyyat fakültəsinin «sənaye iqtisadiyyatı» ixtisası və Azərbaycan Dövlət Universitetdən « faydalı qazıntı yataqlarının işlənməsi» ixtisası AzNKİ-yə verilir, «radiotexnika» ixtisası isə AzNKİ-dən Politexnik institutuna verilir.
    Bu müddətdə institutda «İstehsalat proseslərinin avtomatlaşdırılması»- fakültəsi yaranır və «Avtomatika və telemexanika», «Neftayırma və neft-kimya sənayesinin avtomatlaşdırılması» və «Mə’lumat-ölçmə texnikası» ixtisasları üzrə mütəxəssis hazırlığına başlanır.
    Yuxarıda göstərilən dəyişiklərlə əlaqədar olaraq ar-tıq AzNKİ-də fakültələrin və ixtisasların istiqamətləri dəyanətli vəziyyətini alır. Mütəxəssis hazırlığı aşağıdakı fakültələrdə aparılır: «Geoloji-kəşfiyyat», «Neft-mə’dən», «Kimya-texnologiya», «Neft-mexanika», «Energetika», «İstehsalat proseslərinin avtomatlaşdırılması» və «Mühəndis-iqtisad».
    Bu illərdə ölkədə təhsil sistemində aparılan islahat-larla əlaqədər ali təhsil müəssisələrində tələbələrin praktiki hazırlıq səviyyəsinin artırılması məqsədilə dövlət tərəfindən çıxarılan qərara əsasən institutun I və II kurs tələbələri sənaye müəssisələrində işləməklə təhsil alırdılar. Qarşıya qoyulan məsələnin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün AzNKİ-də «Ümumitexniki fakültet» yaradıldı (1965-ci ildə yenidən ləğv edildi).
    Bu illərdə axşam və qiyabi şö’bələr üzrə təhsilin genişləndirilməsi işi aparılmışdır. 1958/59-cu tədris ilində Sumqayıt şəhərində, orada işləyən gənclərin axşam şö’bəsində təhsil almaları üçün şö’bə yaradıldı.
    Azərbaycan hökümətinin 30 mart 1960-ci il qərarına əsasən Sumqayıt şəhərində AzNKİ-nin axşam və qiyabi şö’bələri üzrə təhsil almaq üçün tədris – məsləhət məntəqəsi yaradılır. Qeyd olunan qərarda tədris -məsləhət məntəqəsində üzvü sintez və sintetik kauçuk, kimya istehsalı üçün maşın və aparatlar ixtisasları üzrə mütəxəssis hazırlanması nəzərdə tutulmuşdu.
    1962/63 cu tədris ilində Sumqayıt şəhərindəki, tədris – məsləhət məntəqəsi axşam və qiyabi şö’bəsi kimi AZNKİ-nin filialına çevrildi.
    Filiala ilk tələbə qəbulu 1962-ci ildə aparıldı və axşam şö’bəsinə 225, qiyabi şö’bəyə isə 125 nəfər qəbul olundu.
1965-1980    Kimya sənayesinin tələbatının ödənilməsi ilə bağlı ittifaq hökümətinin 3 iyun 1965-ci il tarixli qərarına əsasən filial Sumqayıtdakı sintetik kauçuk zavodunda AZNKİ-nin zavod – ali texniki məktəb filialına çevrildi.
    1968/69-cu tədris ilinin sonunda filialda təhsil alanların sayı cəmi 1391 nəfərə çatmış, bunların da 726 nəfəri axşam və qiyabi şö’bələr üzrə olmuşdur. İlk bura-xılış 1967/68 tədris ilində 235 nəfər olmuşdur. Mə’zunların əksəriyyəti Sumqayıtın sənaye müəssisələrində işləyən və filialı qutardıqdan sonra öz əvvəlki iş yerlərində fəaliyyət göstərən şəxslərdən ibarət idi.
    Artıq 1980/81-ci tədris ilində filialda elektro-kimyəvi istehsalının texnologiyası; əsas üzvü və neft-kimya sintezi texnologiyası; şəhər, kənd təsərrüfatı və istehsalatın elektrik təchizatı; kimya istehsalının maşın və aparatları; avtomatika və telemexanika ixtisasları üzrə mütəxəssis hazırlanırdı.
    1992-ci ildən Sumqayıt şəhərindəki filial sərbəst Azərbaycan Sənaye İnstitutu kimi fəaliyyət göstərərək, 13 iyun 2000-ci ildən isə Sumqayıt Sənaye Universitetinə çevrilib.
    Xarici ölkələr üçün mütəxəssis hazırlanmasının başlanması ilə əlaqədar rus dilini öyrətmək məqsədi ilə 1961/62-ci tədris ilində “Hazırlıq fakültəsi” yaradıldı.
    AzNKİ-də xarici ölkə vətəndaşlarının təhsili ilə bağlı hazırlıq fakültəsindən əlavə, ikinci- “Ümumi institut” fakültəsi də yaradıldı. Hazırda bu fakultə – əcnəbi tələbələrlə iş üzrə dekanlıq adlanır.
    1967-ci ildə neft sənayesi işçilərinin ixtisaslarının artırılması üçün kurs yaradıldı və 1969-cu ildə ixtisasartırma fakültəsinə çevrildi.
    AzNKİ-nin 50 illik yubileyi 6 iyul 1971-ci ildə təntənəli şəkildə indiki Şəhriyar adına klubda başda hörmətli prezidentimiz – o vaxt da Respublikamızın rəhbəri olan Heydər Əliyev olmaqla hökümət nümayəndə hey’ətinin iştirakı ilə qeyd olundu. Kollektivin 100-dən çox üzvü hökümət tərəfindən fəxri ad və fərmanlarla təltif olunmuş, 30 nəfərinə isə hökümət hesabına mənzillər verilmişdir.
    Kollektivin xeyli hissəsi həmçinin mütəxəssis hazırlığı aparılan sənaye sahələrinin nazirlikləri tərəfindən də təltif olunmuşlar.
    1972-ci ildən başlayaraq neft, qaz, geologiya və neft-kimya sənaye nazirliklərinin rəhbər işçiləri üçün İttifaq üzrə yekanə AzNKİ-də «Sənaye istehsalının təşki-latçıları» fakültəsi fəaliyyətə başladı.
    1978-ci ildə «İctimai ixtisaslar» fakültəsi yaradıldı.
    SovİKP MK-nın və Nazirlər Sovetinin 271 saylı 6 aprel 1978-ci il tarixli «Ali məktəblərdə elmi-tədqiqat işlərinin effektivliyinin artırılması» qərarı ilə respublika ali məktəbləri içərisində təkcə AzNKİ keçmiş ittifaqın qabaqcıl 70 ali məktəbinin sıralarına daxil edildi.
    1 yanvar 1979-cu ildə «Mütəxəssislərin elm və texni-kanın yeni perspektivli istiqamətində yenidən hazırlanması» fakültəsi fəaliyyətə başladı.
1980 Bizim qünlər    1979/80-cı tədris ilindən başlayaraq mütəxəssis hazırlığının keyfiyyətinin artırılması istiqamətində sis-temli şəkildə geniş miqyasda işlərin görülməsinə başlanıldı. AzNKİ-də ilk dəfə olaraq tədris-metodiki şura yeni adla – “mütəxəssis hazırlığında keyfiyyətin artırılması şurası ” adlandırıldı.
    Görülmüş işlərin nəticəsində SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin 31.03.82-ci il tarixli 12/1 saylı “Mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasında kompleks sistemin tətbiqi üzrə Azərbaycan Neft və Kimya İnstitutunun təcrübəsi bəyənilsin və ittifaqın bütün ali məktəblərində geniş tətbiq olunsun ” qərarı çıxarıldı.
    Bu illərdə mütəxəssis hazırlığında tədris prosessi ilə elmin və qabaqcıl təcrübənin vəhdətinə böyük üstünlük verilirdi.
    1986-ci ildə İttifaqın qaz sənayesi ilə Respublika Ali və Orta İxtisas Təhsili Nazirlərinin birgə əmri ilə ittifaqda və o cümlədən Respublikada fəaliyyət göstərən ali təhsil ocaqları içərisində ilk dəfə olaraq «AzNKİ ilə Xəzərdənizneftqaz ümumi ittifaq birliyi arasında tədris-elm-istehsalat kompleksi» yaradıldı. Yaradılmış komplek-sdə AzNKİ-nin 31 kafedra, 12 problem laboratoriya və 4 sahə elmi laboratoriyası və 700-ə yaxın əməkdaşı fəa-liyyət göstərirdilər.
    1988-ci ildə İttifaqın «Gəmiqayırma Sənayesi» ilə Respublika Ali və Orta İxtisas Təhsil Nazirliklərinin birgə əmri ilə «NORD» elmi istehsalat birliyi ilə AzNKİ arasında ikinci-tədris-elmi-istehsalat kompleksi yaradıl-dı.
    Azərbaycan Xalq Təhsili Nazirliyinin 535 saylı 28 iyun 1990-ci il tarixli əmrinə əsasən «AzNKİ-nin Şuşa ümumi-texniki fakultə»si yaradıldı.
    Nazirlər Kabinetinin 129 saylı, 16.03.1992-ci il tarixli qərarı ilə «Neftin, qazın, geotexnoloji pro-blemləri və kimyası» elmi-tədqiqat institutu yaradıldı.
    Respublika Nazirlər Kabinetinin və Respublika Həmkarlar İttifaqları Şurasının «Azərbaycan Respublikasında əlillərin sosial müdafiəsini yaxşılaşdırmaq tədbirləri haqqında» 23.11.89-ci il 500 saylı qərarına müvafiq olaraq 1990/91-ci tədris ilində AzNKİ-də dayaq hərəkət apa-ratı zədələnmiş əlillər üçün mühəndis-proqramçı hazırlay-an ixtisaslaşdırılmış fakultə fəaliyyətə başlamışdır.
    Respublika Nazirlər Kabinetinin 11/8-121 saylı 20 may 1991-ci il tarixli qərarına və Respublika Xalq Təhsili Nazirliyinin 442 saylı 17.06.91-ci il tarixli əmrinə əsa-sən Əli Bayramlı şəhərində qiyabi təhsil alan tələbələr üçün tədris-məsləhət məntəqəsi yaradıldı.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.91-ci il tarixli qərarına əsasən institutun adı dəyişdirilərək «M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Sənaye Universiteti» (AzSU) adlandı-rıl-dı.
    24 avqust 1991-ci ildə AzSU-nun Mingəçevir şəhərində açılmış filiala «Yüngül və toxuculuq sənayesinin iqtisa-diyyatı və idarə olunması», «İnşaatın iqtisadiyyatı və idarə olunması», «Nəqliyyatın iqtisadiyyatı və idarə olunması», «Elektrik sistem və şəbəkələri», «Elektrik nəqliyyatı» ixtisasları üzrə 87 tələbə qəbul olundu. Hal-hazırda bu filial sərbəst Mingəçevir Politexnik İnstitutu kimi fəaliyyət göstərir.
    1991-ci ildə keçmiş ittifaqın Ali və Orta Təhsil Nazirliyi ilə ABŞ IBM korporasiyasının təşkil etdiyi «Res-publika biznes məktəbi» yaradıldı və sonradan fakultəyə çevrildi. Bu fakultədə ilk dəfə olaraq Respublikada «Ya-nacaq-enerji kompleksi sahələrində biznes üzrə me-necment» ixtisası üzrə mütəxəssis hazırlığına başlandı.
    Respublika Nazirlər Kabinetinin 21.03.92–ci il tarixli qərarı ilə AzSU-nun adı dəyişdirilərək «Azərbaycan Dövlət Neft Akademiyası» (ADNA) adlandırıldı.
    Respublika Nazirlər Kabinetinin 10.08.95–ci il tarixli 174 saylı qərarına əsasən «İdarəetmə proseslərinin avtomatlaşdırılması» təsərrüfat hesablı elmi-tədqiqat in-stitutu yaradıldı.
    Respublika Nazirlər Kabinetinin 07.11.96–ci il tarixli 573 saylı əmri ilə təsərrüfat hesablı «Respublika xalq təsərrüfatının rəhbər işçiləri və mütəxəssislərinin ixti-sasının artırılması və yenidən hazırlanması» institutu ADNA-nın tərkibinə daxil edildi. 1999-cu ildən ADNA-nın Elmi Şurasının qərarına əsasən institut «Sənaye müəssisə-ləri işçilərinin ixtisasının artırılması və yenidən ha-zırlanma» adlandırıldı.
    1993-cü ildən başlayaraq çox pilləli təhsil sistemi ilə mütəxəssis hazırlığına başlanmışdır. İlk bakalavr bu-raxılışı və magistraturaya qə-bul 1997-ci ildə olmuşdur.
    Hal-hazırda bakalavr və magistr pillələrində 24 isti-qamət üzrə mütəxəssis hazırlığı aparılır. Mütəxəssis ha-zırlığında 7 əsas fakultə, 63 kafedra, 18 elmi tədqiqat laboratoriyası, 2 elmi-tədqiqat və «Sənaye müəssisələri işçilərinin ixtisasının artırılması və.yenidən hazırlama»institutları fəaliyyət göstərir.
    ADNA-da (1921-1922) illərdə N.D.Dubrovski, (1922-1928) – İ.Q.Yesman; (1928-1929) – M.V.Barinov, (1929-1932) – A.A.Nikişin, (1932-1933) -A.M.Çedalayev, (1933-1934) – S.P.,Kiselyov, (1934-1938) – İ.S.Axundzadə, (1939-1941) – M.M.Əli-yev. (1941-1960) – S.B.Qocayev, (1960-1969) və (1978-1989) – İ.Ə.İbrahimov, (1969-1978) – K.N.Quluzadə, (1989-1992) – T.M.Əliyev, (1993-1997) – P.Z.Məmmədov rektor olmuşlar. İyun 1997-ci ildən ADNA-nın rektoru S.F.Qarayevdir.
    ADNA-da informasiya-hesablama, nəşr mərkəzi və kafedralarda onun çoxsaylı filialları fəaliyyət göstərir. Bu qurumun işi kompüter texnologiyalarının tədrisə, elmi-tədqiqat və nəşr işlərinə tətbiqi ilə əlaqədardır.
    İnstitutda ildə 4 sayda “Elmi əsərlər’’ məcmuəsi, 1999-cu ildən e’tibarən ’’Azərbaycan ali texniki məktəblərinin xəbərləri’’ elmi-texniki jurnalı, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər nəşr olunur. Bu işlər institutun mətbəəsində görülür.
    Əsaslı kitabxana 1920-ci ildə Bakı texniki məktəbinin kitabxanasının əsasında təşkil edilmişdir. Kitabxana yaradılarkən 6500 nüsxə çap məhsulundan ibarət fondu və əsasən akademik hey’ətdən ibarət olan 300 oxucusu var idi. Hazırda kitabxananın fondu 857000 çap məhsulundan ibarət olub 6600 oxucusu vardır.
    1925-ci ildən e’tibarən kitabxananın fondu azərbaycan, rus dillərində ədəbiyyatla yanaşı xarici dildə ədəbiyyatla komplektləşdirilir.
    Əsaslı kitabxana oxuculara differensial şəkildə olaraq 7 abonement və 2 oxu zalı vasitəsilə xidmət göstərir.
    ADNA ümumi sahəsi 52420 kv.m olan 4 tədris laboratoriya korpusuna, 7 korpuslu tələbə yataqxanasına, bağlı üzmə hovuzu, əl oyunları üçün idman zalı və atıcı tiri özündə cəmləyən idman kompleksinə, yeməkxana, kitabxana, poliklinika, Nabranda istirahət zonasına malikdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: