2004-cü ilin hadisələri və xəbərləri

 2004-cü ilin noyabr ayının 16-dan dekabr ayının 7-dək tələbələrin «Milli Dirçəliş günü»nə həsr olunmuş 53-cü elmi-texniki konfransı keçirilmişdir. Konransın plenar iclasında ADNA-nın rektoru, MEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev, Təhsil Naziri Misir Mərdanov və ADNA-nın 1959-cü ildəki məzunu, «Geofizika və Mühəndis Geologiyası» İstehsalat Birliyinin baş direktoru, professor Kərim Kərimov tələbələri təbrik etmiş, konfransa uğurlar diləmişlər.  Oxumağa davam et

2003-cü ilin hadisələri və xəbərləri

   2003-cü ildə ADNA ilə Çin Neft Universiteti (ÇNU) arasında birgə kadr hazırlığı üzrə təhsil sahəsində əməkdaşlıq müqaviləsinin proqramının çərçivəsində 18 kompüterdən ibarət lokal şəbəkəli tədris mərkəzi yaradılmışdır.

***
     2003-cü ilin aprel ayının 22-də ADNA-da Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanda yanacaq-ererji və kimya kompleksinin inkişafı: 1969-2003-cü illər» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
     ADNA-nın rektoru, AMEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev «Azərbaycanda elmin, təhsilin, mədəniyyətin və iqtisadiyyatın inkişafında Heydər Əliyev fenomeni» mövzusunda giriş sözü ilə çıxış etmişdir.
     Konfransda Neft Akademiyasının alimləri «Azərbaycanın neft və qaz yataqlarının işlənməsinin müasir vəziyyəti və perspektivləri», «Heydər Əliyev şəxsiyyəti və Azərbaycanın neft və qaz sənayesinin inkişafı», «Azərbaycanın neft emalu, neft-kimya və kimya sənayesinin nailiyyətləri və perspektivləri», «Azərbaycanın neft-qaz sənayesinin yüksək keyfiyyətli və etibarlı avadanlıqlarla təmin edilməsi problemləri», «Dənizkənarı istilik stansiyalarının çoxməqsədli müəssisəyə çevrilməsi», «Azərbaycanın iqtisadiyyatında avtomatlaşdırma və informasiya texnologiyalarının inkişaf mərhələləri və perspektivləri», «Heydər Əliyev və yanacaq-enerji-kimya kompleksi sahələrində istehsal sahibkarlığının inkişafı», «Azərbaycan ixrac boru kəmərləri böyük neft strategiyasının qələbəsidir» mövzularında məruzələrlə çıxış etmişlər. Oxumağa davam et

Azərbaycan Dövlət Neft Akademiyası

ADNA

Avropa və Asiyada neft sahəsi üzrə ilk texniki-ali məktəb olan ADNA 1920-ci ildə yaradılıb. O vaxtdan bu günə kimi ADNA Azərbaycanın elmi-texniki fikrinin son dərəcə zəginləşdirilməsinde xüsusi yer tutub. Onun həm də keçmiş Sovetlər İttifaqı və xarici ölkə vətəndaşlarının ali təhsilə yiyələnməsində böyük rolu olub. Oxumağa davam et